“Mənzil problemimdən ölkə başçsının xəbəri olsa…” – İki gözünü itirmiş hərbçimiz

0
216


Silahlı Qüvvələrərimizin müddətdən artıq xidmətçisi İlkin İlham oğlu Talıbov 2014-cü ilin dekabr ayında ermənilərin açdığı snayper atəşi nətcəsində iki gözünü itirib. İndi İlkinin gözlərinin görməsi mümkün deyil. Bir sözlə əlac yoxdur. 1990-cı ildə Füzuli rayonunda anadan olan İlkin Talıbov, indi anası və bacısı ilə Xaçmaz rayonunda kirayədə yaşadığını bildirir.
Moderator.az-a danışan birinci qrup hərbçimiz ona mənzil verilməsi ilə bağlı müraciətlərinə aidiyyatı qrumların laqeyd yanaşdıqlarını deyib:
“Özüm Füzuli rayonundan məcburi köçkünəm. Hərbi xidmətdə olarkən ermənilərin açdığı snayper atəşi zamanı iki gözümü itirdim və sol qulağım kar oldu. Türkiyədə ağır əməliyyat keçirdim. Hal-hazırda Xaçmaz rayonunda yaşayıram. Anam və bacımla kirayədə sürünürük. Xaçmaz rayon Əlillər Cəmiyyətinin üzvüyəm. Mən mənzillə təmin olunmağım üçün Xaçmaz rayon icra hakimiyyətinə müraciət etdim. İcra hakimiyyətindən bildirdilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə müraciət edin. Əmək və Əhalinin Sosial müdafiəsinə müraciət etdim. Ordan da bildirdilər ki, Xaçmaz rayon icra hakimiyyətinə müraciət edin. Qalmışam bu iki qrumun arasında. Bir il yarımdır ki, yollardayam. İki gözünü vətən yolunda itirmiş bir adamı yollarda sünürdürmək insanlığa sığarmı?! Əlilliyə görə taqaüt və prezident təqaütü ilə təmin olunmuşam. Onun da yarısını kirayə puluna verirəm. Bir neçə dəfə Xaçmaz rayon icra hakimiyyətinə getmişəm. Mənim icra başçısı Şəmsədin Xanbabayevlə görüşməyimə imkan yaratmırlar. Elə hər dəfə köməkçiləri qapıda mənə uydurma vədlər verib geri qaytarırlar. Mən inanıram ki, mənzil problemimdən ölkə başçısının xəbəri olsa, bu problem tezliklə həllini tapacaq. Sizlərdən xahiş edirəm mənim bu problemimin həll olunması üçün mənə köməklik edəsiniz”.
Vasif Əlihüseyn

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten + one =