Məmmədyarov: “Dağlıq Qarabağ məsələsində prosesi çətinləşdirən məqamlardan azad olmağın vaxtı çatıb”

0
19

“Dağlıq Qarabağ münaqişəsinin həllini, bu sahədə son hadisələri ətraflı müzakirə etdik. Bu məsələ Rusiya ikitərəfli və çoxtərəfli münasibətlərdə vacibdir. Bu məsələdə irəli getmək lazımdır, nə savaş, nə də barışın olmaması bir nəticə vermir. Prosesi çətinləşdirən məqamlardan azad olmağın vaxtı çatıb”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, köçkünlərin qaytarılması, qarşılıqlı əlaqələrin qurulması, yolların çəkilməsi və s. məsələlər həll olunmalıdır: “Tənzimləmə belə olmalıdır ki, bu əməkdaşlıq rifaha gətirsin. Bu, həm də Rusiya ilə dialoqumuzun gündəliyindədir”.