Lukaşenko: Rusiya Belarus yedirtmir, bunu deyənlər sərsəmləyirlər

0
540

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın guya Belarusu yedirtməsi barədə deyilənləri sarsaqlama adlandırıb.

Arazinfo.com-un TASS-a istinadən verdiyi məlumata görə, Lukaşenko bu gün rusiyalı jurnalistlərlə görüşündə son vaxtlar mətbuatda gedən və Rusiyanın guya Belarusu yedirtməsi barədə yayılan məlumatların heç bir əsasa söykənmədiyini bildirib: “Rusiya Belarusu yedirtmir, bunu deyənlər sərsəmləyirlər. Hətta iddia edirlər ki, guya müstəqilliyimiz illərində Rusiya bizə guya 100 milyard dollar verib. Bu, ancaq axmaqların ağlına gələ bilər. Əgər Rusiya bizə bu qədər pul versəydi, onda belaruslar pul içində üzərdilər. Bütün bunlar boş söhbətlərdir”.

Lukaşenko Rusiyadan hər il 4-5 milyard dollar kredit aldıqlarını, ancaq buna görə daha yüksək faiz ödədiklərini bildirib: “Rusiyadan aldığımız 4-5 milyard dollar kreditlərə görə hər il 1,2 milyard dollar faiz ödəyirik. Halbuki Beynəlxalq Valyuta Fondu bizə daha aşağı faizlə kredit təklif edir”.