Lukaşenko Donbasda münaqişəni birdəfəlik həll etməyə çağırıb

0
433

Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə humanitar məsələlər üzrə Donbas yarımqrupunun Ukraynadan olan nümayəndəsi Viktor Medvedçukla görüşündə  münaqişəsinin həllinin vacibliyini söyləyib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə Aleksandr Lukaşenko bu münaqişənin davam etməsinin  tərəflərə hər hansı bir xeyir gətirmədiyini qeyd edib: ” Bu (Donbas münaqişəsi) anlaşılmazlıqdır və onu başqa cür adlandırmaq mümkün deyil.  Biz düşmənlərimizə və rəqiblərimizə bununla da öz əllərimizlə hədiyyə veririk”.

Belarus prezidenti tərəfləri münaqişəni birdəfəlik həll etməyə çağırıb.