İtaliya ilə hərbi əməkdaşlıq müzakirə olunub

0
172

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 7-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ölkələrimizin Silahlı Qüvvələri arasında və NATO proqramları çərçivəsində əlaqələrin inkişafı, eləcə də İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

16 + 17 =