Liviyalılar ölkədə beynəlxalq ordunun olmasında maraqlı deyillər.

0
414

Almaniya Xarici İşlər naziri Hayko Maas Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftarın və Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərracın bazar günü Berlində keçiriləcək Liviya ilə bağlı konfransda iştirak edəcəyini təsdiqləyib. Bu barədə Hayko Maas “Bild am Sonntag” qəzetinə açıqlama verib.

“Sərrac və Haftar Berlində olacaq. Mənim fikirimcə, onlar Liviyadakı vəziyyətlə bağlı bizə məlumat verəcəklər. Ümid edirəm ki, hər ikisi Liviyadakı vəziyyəti ələ almaq üçün bu fürsətdən istifadə edəcək”, – Maas bildirib.

Almaniyalı nazir konfrans iştirakçılarının Şimali Afrika ölkəsinə silah göndərilməsinə embarqo qoyulması barədə razılıq əldə edəcəyinə ümid etdiyini bildirib:

“Aparılan sonuncu danışıqlar məndə belə təəssürat yaratdı ki, liviyalılar ölkəsində beynəlxalq ordunun olmasında maraqlı deyillər. Ölkə daxilində döyüşən tərəfləri xaricdən dəstəkləyənlər əsgər və silah göndərməməlidir. Biz bunu Liviyada yeni bir Suriya yaratmamaq üçün etməliyik. Elə bir situasiya yaradılmalıdır ki, Haftar barışıq danışıqlarında iştirak etsin. Bu konfliktdə heç kim silah gücü ilə qalib gələ biməyəcək. Sevinirəm ki, bazar günü hər kəsi bir masa arxasına toplaya biləcəyik. Bu, Liviyada barışıq əldə edilməsi üçün atılan ilk addım ola bilər”.

Arazinfo.com