“Liviyada atəşkəsin mümkün şərtlərini özündə ehtiva edən bir mətn hazırladıq”

0
17

“Liviyada atəşkəsin mümkün şərtlərini özündə ehtiva edən bir mətn hazırladıq. Rusiya tərəfi bizə bildirdi ki, bu razılaşma ilə bağlı Haftar sabaha qədər vaxt istəyib”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Moskvada səfərdə olan Türkiyənin XİN və MN rəhbərləri Rusiyadakı heyətlə görüşündən sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu fikirləri bildirib.

Cavuşoğlu qeyd edib ki, sabah Haftar bu müqaviləni imzalayarsa, Rusiya və Türkiyə liderlərinin cağırışına uyğun olaraq, atəşkəsin davamı və siyasi mərhələ prosesinə Liviya mövzusunda Berlində keçiriləcək beynəlxalq konfransda baxılacaq.
Türkiyəli nazir bu istiqamətdə Rusiya ilə birgə əməkdaşlığın davam edəcəyini deyib