Lionel Messi və Kriştianu Ronaldo Avropanın ən yaxşı futbolçusu adına namizəddirlər

0
540

 

 

Avropa Futbol İttifaqları Assosiasiyası (AFİA) 2016-cı ildə Avropanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını mətbuata açıqlayıb. Bu Barədə AFİA-nın mətbuat xidmətindən məlumat verilib. Namizədlər arasında Lionel Messinin və Kriştianu Ronaldunun imkanları daha yüksək hesab edilir. Bununla bağlı qeyd edilir ki, Avropanın ən yaxşı futbolçusu adını almaq uğrunda mübarizə də əsasən Messi və Ronaldo arasında gedəcək. Messi hazırda “Barselona”nın, Ronaldo isə “Real” Madridin heyətində gözəl oyunu ilə diqqəti cəlb edir. Lakin əgər Messi Amerika kubokunda Argentina yığması ilə yalnız ikinci yeri tutubsa, Ronaldo Portuqaliya yığması ilə birlikdə Avropa çempionu olmağı bacarıb. Bu baxımdan ekspertlər Ronaldonun Messini azacıq üstünlüklə qabaqlayaraq Avropanın ən yaxşı futbolçusu adını ala biləcəyini istisna etmirlər. Ümumilikdə isə hər iki futbolçunun  Avropanın ən yaxşı futbolçusu adını alma imkanları bərabər hesab edilir. Qeyd edək ki, Messi və Ronldadodan əlavə Avropanın ən yaxşı futbolçusu adını almağa 10 əsas namizəd arasında Haret Beyl (Uels , “Real” Madrid ), Canluici Buffon (İtaliya, “Yuventus”), Antuan Qrizmann (Fransa, “Atletiko”), Toni Kroos (Almaniya, “Real”M), Tomas Müller (Almaniya, “Bavariya”), Manuel Noyer (Almaniya, “Bavariya”), Pepe (Portuqaliya, “Real”M) və Luis Suaresin (Uruqvay, “Barselona”) də adları var.

BIR CAVAB BURAXIN