Lionel Messi “Barselona”nı tərk edə bilər

0
952
Argentinalı məşhur futbolçu Lionel Messi 2020-ci ildə “Barselona” klubunu tərk edə bilər.
Mediainfo.az-ın “Mundo Deportivo”ya istinadən verdiyi xəbərə görə, Messinin müqaviləsində yazılıb ki, o, 2020-ci ildə “Barselona”nı tərk edə bilər. Lakın o anlaşma müddəti başa çatana kimi top-komandada oynaya bilməz. Bu arada məlum olub ki, “Barselona” rəhbərliyi Messi ilə anlaşmanın  müddətini daha 1 il uzatmaq niyyətindədir. Xatırladaq ki, Messi ilə “Barselona” arasında imzalanan anlaşmaya əsasən argentinalı futbolçu 2021-ci ilə kimi indiki klubunda top qovmalıdır.

 

BIR CAVAB BURAXIN