Lavrov və Britaniyanın xarici işlər naziri mübahisə etdilər –“Subut gətir”  

0
510

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla britaniyalı həmkarı Boris Conson arasında mübahisə yaranıb.

Mübahisə bu gün Moskvada  XİN başçılarının görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib. Belə ki, S. Lavrov çıxışında B. Consonun Rusiyanın Britaniyada keçirilən referenduma (Brexit) Moskvanın müdaxiləsi ilə bağlı əllərində heç bir sübut olmadıqlarını dediyini bildirib. B. Conson isə həmkarına etiraz edərək belə fikir işlətmədiyini söyləyib: “Mən demişəm ki, Rusiyanın “Brexit”ə uğurlu müdaxiləsi ilə bağlı sübut yoxdur. Bu, o demək deyil ki, Rusiya müdaxilə etməyib. Müdaxilə edib, lakin uğurlu olmayıb. Rusiyanın Almaniya, İtaliya, Fransa və ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsina dair çoxlu faktlar var”.

S. Lavrov cavabında “müdaxilə etmişiksə, dəlil-sübut olmalıdır”, – deyə bildirib. B. Conson isə “yaxşı, yaxşı” deyə yaranan söz duelinə son qoyub.   (APA)

BIR CAVAB BURAXIN