KTMT hansısa gərginliyə görə hərbi gücdən istifadə edə bilməz

0
464

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş qərargahının rəisi general Anatoli Sidorov son dövrlərdə Azərbaycanla Ermənstan arasında sərhəddə artan hərbi gərginliyə münasibət bildirib.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Sidorov ” Rusiya bu gün” ( Rossiya seqodnya) tərəfindən düzənlənən telekörpüdəki suallara cavabında  Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin sülh yolu ilə həll ediləcəyinə ümid etdiyini bildirib: “Ümid edirəm ki, tərəflər özləri bu məsələdə ortaq məxrəcə gələ biləcəklər. Arzu edirik ki, münaqişə sülh yolu ilə həllini tapsın. Konkret olaraq KTMT-nin baş verənlərlə bağlı hərbi gücə əl atmasına, biz ciddi əsas olmadan belə bir addım ata bilmərik”,-deyib.

O qeyd edib ki, Ermənistan rəsmi şəkildə sərhəddəki gərginliklə bağlı onlara hər hansı bir müraciət etməyib.

 

 

BIR CAVAB BURAXIN