Krım tatarlarından Ankaraya çağırış

0
660

Krımdakı Rusiya işğalına boyun əyən tatarlar Türkiyəni Krım üzrə mövqeyini təkrar gözdən keçirməyə və yarımadanı Rusiyanın bir hissəsi kimi tanımağa çağırıblar.

 

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu çağırışı yarımada ərazisində Krım tatarlarının ən böyük birləşmələrindən biri olan “Krım” hərəkatının başçısı Remzi İlyasov səsləndirib.

 

“Krımlıların seçiminə hörmət etmək lazımdır. Türkiyə Krımla bağlı mövqeyini təkrar gözdən keçirməli və yarımadanın Rusiyaya birləşməsini tanımalıdır”, – İlyasov deyib.

 

Onun fikrincə, Krım yarımadasının Rusiyanın hissəsi kimi tanınması Qara dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə imkan verəcək. İlyasovun sözlərinə görə, Krım tatarları Rusiya və Türkiyə arasında dostluq körpüsü olmağa hazırdır.

 

Qeyd edək ki, özünü Krım tatarlarının əsas təmsilçisi hesab edən Krım Tatar Məclisinin fəaliyyəti Rusiya, o cümlədən Krım ərazisində qadağan edilib. Məclis Krım məhkəməsi tərəfindən ekstremist təşkilat kimi tanınıb.

BIR CAVAB BURAXIN