Kraliça oldu, ancaq tacı əlindən alındı

0
502

 “Miss Turkey 2017” yarışmasının final mərhələsi baş tutdu. Jüri üzvləri Türkiyənin ən gözəl qızını seçdi və bu İtır Esen oldu. Ancaq atdığı tvitlər üzündən onun tacı əlindən alınıb.
Publika.az “Posta”ya istinadən xəbər verir ki, bu barədə müsabiqənin idarə heyəti rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, ötən gün keçirilən yarışmada birinci olan Esenin sosial şəbəkədə 15 iyul şəhidləri ilə bağlı paylaşımı onu tacından edib.

Modelin həmin paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub və etirazla qarşılanıb.

İtırdan alınan tac 2-ci yeri tutan Aslı Sümənə verilib.

BIR CAVAB BURAXIN