Könül Xasıyevanın səhhəti pisləşdi: “Ümidim Allaha qalıb”

0
687

Xalq artisti Könül Xasıyevanın səhhəti pisləşib.

 

Ağrılar içində Lent.az-a danışan xalq artisti bildirib ki, 2 ildir, səhhətindəki problemlərlə mübarizə aparır: “Özümü çox pis hiss edirəm. Onurğa sütunumda problem var. Bundan başqa şəkərim var. Öz ağrı-acılarımın mətbuata çıxmasını istəməzdim. Bu, mənim problemimdir. İstəməzdim ki, məni belə görsünlər. İndi ağrılarım çoxdur, Vallah çox danışa bilmirəm. Hər gün ağrıkəsici vurulur. Yanımda bacım, xalam qızı qalır. Onlar baxır mənə. Ümidim bir tək Allaha qalıb. O, mənə kömək olsun”.

BIR CAVAB BURAXIN