“Konstruktiv mühit mövzusu həmsədrlərlə Ermənistan arasında yeganə fikir ayrılığı deyil”

0
472

Həmsədrlərin Yerevana son səfərini xarakterizə edən əm mühüm məsələlərdən biri konstruktiv mühitlə bağlı mübahisəyə son qoymalarıdır. Ermənistan tərəfi atəşkəs rejiminin tez-tez pozulmasını bəhanə edərək danışıqlar üçün konstruktiv mühitin olmadığını bildirirdilər.

Arazinfo.az  Azadinform-a istinadən xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Ermənistanın yeni rəhbərliyinin fikrincə, əvvəlcə danışıqlara konstruktiv mühit yaradılmalı, sonra isə danışıqlar bərpa edilməlidir.

M. Əhmədoğlu deyib ki, Ermənistan tərəfi danışıqlara konstruktiv mühitin yaradılması dedikdə təmas xəttində və dövlət sərhədində heç bir atəşin açılmamasını, qoşunların təmas xəttində monitorinq və təhqiqat mexanizmlərinin qurulmasını nəzərdə tuturlar: “Ermənistan monitorinq və təhqiqat mexanizmlərinin qurulmasını ATƏT-in büdcəsi üçün bahalı məsələ olduğunu bilir və ATƏT-in ziyana düşməsini arzulayır. Bu məsələnin həm ATƏT-in həm də Ermənistanın dövlət büdcəsinə faydalı həll variantını isə Ermənistanın yeni rəhbərliyi inkar edir. Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxaracağı təqdirdə atəş də açılmayacaq, ölən də olmayacaq. Nəticədə, Ermənistan dövlət büdcəsi Azərbaycanın işğal olunmuş ərazilərində qoşun saxlamağın xərcindən azad olacaq, ATƏT-in büdcəsi də monitorinq mexanizminə vəsait axtarmayacaq.

Politoloq vurğulayıb ki, Azərbaycan Xİ naziri E.Məmmədyarovun həmsədrlərlə sonuncu Paris görüşündə müzakirə olunan məsələlərdən biri də qoşunların təmas xəttində atəşkəs rejiminin tez-tez pozulması idi: “Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşik məlumat verdi. Azərbaycan və həmsədrlərin fikrincə, qoşunların təmas xəttində gərginlik yoxdur və bu danışıqlara konstruktiv mühit yaradır. Həmsədrlər Ermənistana səfərin yekunlarına dair bəyanatında konstruktiv mühitin yaradılmasından deyil, saxlanılmasından danışırlar.

Qeyd edək ki, konstruktiv mühit mövzusu həmsədrlərlə Ermənistan arasında yeganə fikir ayrılığı deyil:

I. Həmsədrlər Ermənistana gəlməzdən əvvəl Ermənistan rəsmilərinə həmsədrlərin adından danışmağı qadağan etdi.

II. Həmsədrlərin ayrıca Ermənistana səfər proqramında Dağlıq Qarabağa baş çəkmək nəzərdə tutulmamışdı.

III. Həmsədrlər ermənilərin davranışına başqa sözlə, materiya və kimyasına bələd olduqları üçün Ermənistana 1 gün əvəzinə üç günlük səfərə gəldilər. Rəsmən səfər iyunun 13-nə təyin olunsa da, həmsədrlər iyunun 12-də Ermənistana daxil olub, iyunun 14-də oranı tərk etdilər. Başqa sözlə, Ermənistanın prezidenti və baş naziri həmsədrlərlə görüşdən yayına bilmədilər. Yeni prezident Armen Sərkisyan Ermənistanın keçmiş prezidenti R.Köçəryanın “tualetə səfər diplomatiyası”na bənzər “Qarabağa səfər diplomatiyası”nı işə salsa da, həmsədrlər iyunun 14-də onunla Yerevanda görüşdülər.

Həmsədrlər bu iradə ilə danışıqların statusu problemini də həll edə biləcəklər. Danışıqların statusu həmsədrlərin Yerevana səfərindən sonrakı bəyanatlarında birinci məsələdir.

BIR CAVAB BURAXIN