Konqoda Rusiyaya məxsus An-26 təyyarəsi qəzaya uğrayıb

0
542

Konqo Demokratik Respublikasının paytaxtı yaxınlığında Rusiyaya məxsus An-26 təyyarəsi qəzaya uğrayıb.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 3 rusiyalı pilot da daxil olmaqla 23 nəfər olub. Onların hamısının qəza nəticəsində öldüyü ehtimal edilir. Öz növbəsində Rusiyanın Konqo Demokratik Respublikasındakı səfiri Aleksey Sentebov RİA Novosti-yə verdiyi xəbərdə  An-26-nın qəzası ilə bağlı yayılan xəbərləri təsdiq edib.