Ev Gündəm “Kişilərin arvadımı arzulamaqları məni əsəbləşdirir” – Sərdar

“Kişilərin arvadımı arzulamaqları məni əsəbləşdirir” – Sərdar

0
594
"Kişilərin arvadımı arzulamaqları məni əsəbləşdirir" - Sərdar
Müğənni Sərdar Ortaç “Posta” qəzetinə müsahibə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi həm şəxsi, həm də iş həyatı haqda danışıb. O, 25 yaşlı model xanımı Xloe Lougnanı çox qısqandığını bildirib:

“Başqa kişilərin arvadımı arzudığını fikirləşəndə əsəbləşirəm. Ona görə, bu barədə düşünməməyə çalışıram. O da məni qısqanır. Odur ki, hərəkətlərimə diqqətlə yanaşıram”.

Sərdar qumar oynamağı barədə də danışıb:

“Bir vaxtlar çox ağılsız olmuşam. Qumarda 40-50 milyon dollara kimi itirmişəm. Amma indi özümü ondan uzaq tutmaq üçün hər cür yola əl atıram. Təzə at almışam. Nyu-Yorkda yarışlara gedir. Hətta, 3-cü də olub. Birini də almaq fikrim var. Ona Xloe adını verəcəm”.

“Bu qədər türk qızı ola-ola əcnəbi biri ilə niyə evləndiniz” sualına ifaçı belə cavab verib:

“Qadın qadındır. Onun əcnəbisi olmaz. Sadəcə dili, mədəniyyəti fərqli ola bilər. Niyə onu seçdiyimi bilmək istəyirsinizsə, deyim. Çünki yaşı azdır, amma yaşıdım kimi gəlir mənə. Güclü biridir. Özü öz ayaqları üstə duran biridir…”.

Xanımı ilə arasında yaş fərqinə gəlincə, Ortaç qeyd edib:

“Mən 46 yaşındayam, o, 25. Amma özümü fiziki olaraq, cavan hiss edirəm. Bəziləri düşünür ki, Lougnan mənimlə pula görə evlənib. Əsla belə deyil. Mənim pulum yoxdur, əksinə borcum var. O da cavan, gözəl qadındır. Aramızda sevgi olmasaydı, yanımda bir dəqiqə belə dayanmazdı. 3 il sevgili olmuşuq, 4 ildir evliyik”.

BIR CAVAB BURAXIN