Kipr görüşünə bir həftə qalmış sürpriz səfər

0
515

11

Rusiya və Kipr arasında münasibətlər siyasi konyunkturdan asılı deyil.

Bunu Moskvada Kipr Xarici İşlər naziri İoannis Kasulidislə görüşü zamanı Rusiya XİN rəhbəri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, Moskva görüşündə əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, Kipr probleminin ədalətli həlli məsələləri olacaq.

 

Qeyd edək ki, Kiprlə bağlı danışıqlar noyabrın 7-də start götürəcək. Şimali və Cənubi Kipr nümayəndələri danışıqları İsveçrədə heç bir vasitəçi olmadan aparacaqlar.

 

Kipr problemi artıq 40 ildən çoxdur mövcuddur. Millətçi yunanların aktivləşməsi və türkləri adadan sıxışdırmaq istəməsi sonradan Ankaranın açıq etirazına səbəb olub. 1974-cü ildə Türkiyə Kiprə desant çıxarıb və tezliklə ada iki yerə bölünüb. Adada yaradılan Şimali Kipr Türk Cümhuriyyəti indiyə qədər Türkiyə xaric heç bir dövlət tərəfindən tanınmır.

BIR CAVAB BURAXIN