Keçmiş birinci ledinin toxunulmazlığı var

0
567

11

Pul yuma ittihamı ilə üzləşən Perunun keçmiş birinci ledisinin BMT Agentliyində yeni vəzifəsi ona toxunulmazlıq verir. Bunu BMT sözçüsü Alessandra Velucci noyabrın 25-də bildirib.

O deyib ki, toxunulmazlıq BMT-nin bütün işçilərinə, agentliklərinə aiddir.

Velucci bunu Perunun keçmiş birinci ledisinin yeni təyinatı ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib. Keçmiş birinci lediNadine Heredia BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əməkdaşlıq ofisinin rəhbəri təyin olunub.

Onun yeni təyinatı Peruda böyük narazılıq doğurub. Keçmiş Peru prezidenti Ollanta Humala və onun xanımı Nadine Heredia 2006, 2011-ci illərdə prezident kampaniyası fonduna verilən 1,5 milyon dolları mənimsəməkdə ittiham olunurlar.

Perunun xarici işlər naziri deyib ki, Heredianın təyinatı Perunun ədliyyə sisteminə müdaxilədir.

Məhkəmə araşdırana qədər Herediaya ölkəni tərk etmk qadağan idi. Ancaq bu yaxınlarda məhkəmə bu qadağanı götürdü. Prezidentlik müddəti bu ilin iyulunda bitmişHumalaya isə keçən həftə, əksinə, Perunu tərk etmək qadağan olundu.

İttihamlar təsdiqlənsə, Humala və xanımını 8 ildən 10 ilə kimi həbs gözləyə bilər.

BIR CAVAB BURAXIN