Kataloniya rəhbərliyi müstəqillik haqda bəyannaməni imzaladı

0
507
 

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.  

RİA Novosti-nin verdiyi xəbərə görə, sənədi həmçinin regionun müstəqilliyini dəstəkləyən deputatlar da imzalayıblar.

Lakin sənəd indi qüvvəyə minməyəcək.

Kataloniya rəhbərliyi yaxın vaxtlarda Madrid ilə danışıqlar aparmağa hazırlaşır. Puçdemon bildirib ki, danışıqlar bir neçə həftə vaxt apara bilər.

İspaniya hakimiyyəti Puçdemonun bəyanatına hüquqi və siyasi şəkildə cavab verməyə hazırdır.

**

BIR CAVAB BURAXIN