Kastroya görə 3 ölkədə matəm elan edilib

0
120

11

Kuba inqilabının lideri Fidel Kastronun ölümü səbəbindən dünya ölkələri baş sağlığı verməkdə davam edir.

Venesuelada üç günlük matəm elan olunub. Prezident Nikolas Maduro paytaxt Karakasda, Fidel Kastronun yaxın silahdaşı Uqo Çavesin dəfn edildiyi yerdə inqilabçının şərəfinə mərasim keçirmək niyyətindədir.

Əlcəzairdə isə  səkkiz günlük matəm elan olunub. Ölkə başçısı Əbdül Əziz Buteflika Kubanın hazırkı lideri Raul Kastroya başsağlığı verib.

Nikaraqua prezidenti Daniel Orteqa da ölkəsində doqquz günlük matəm elan edib

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − 9 =