Kansler Merkel Yaponiyaya səfər edəcək

0
475

Almaniya kansleri Angela Merkel fevral ayının 5-6-da Yaponiyaya rəsmi səfərə gedəcək. Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya xarici işlər nazirliyi tərəfindən yayılan press-relizdə deyilir.

Yaponiyaya səfəri çərçivəsində Angela Merkel baş nazir Sintzo Abe və imperator Akixito ilə görüşəcək: “Yaponiya hökuməti Angela Merkelin Tokioya gözlənilən səfərinə böyük əhəmiyyət verir və bunun iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirəcəyinə xidmət edəcəyinə əmindir”.

Onu da deyək ki, bu, Merkelin sayca Yaponiyaya 5-ci rəsmi səfəri olacaq.