Kanadada sərnişin təyyarəsi qəzaya uğradı

0
50

Kanadada “West Wind Aviation” şirkətinə məxsus ATR-42 təyyarəsi qəzaya uğrayıb. Bu barədə “CBC” telekanalı xəbər verib. Hadisə Fond-dü-Lak yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub. İlkin məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Qəza nəticəsində yaralananların olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur. Qəzanın səbəbləri araşdırılır. Apa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here