Kanada hökuməti 400 mühaciri ölkədən deportasiya edib

0
524

Kanada hökuməti 2017-ci ilin əvvəllərindən ABŞ-dan qeyri-qanuni yolla ölkəyə daxil olan 34 min nəfət mühacirdən yalnız 400 nəfəri geriyə deportasiya edib.

Bu barədə CTV telekanalı Kanada Miqrasiya Xidmətinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, 2017-ci ilin əvvəllərindən ABŞ-dan qeyri-qanuni yolla ölkəyə 34 min mühacir daxil olub. Onlardan yalnız təxminən 400 nəfəri geriyə göndərilib. Hazırda 900 nəfət qeyri-leqal mühacirin ölkədən çıxarılması məsələsinə baxılır.

Mühacirlərin sözlərinə görə, onları ABŞ-dan Kanadaya köç etməyə məcbur edən səbəb Tramp tərəfindən sərt miqrasiya siyasətinin yeridilməsidir. ABŞ-dan Kanadaya üz tutan qeyri-leqal mühacirlərin əksəriyyəti Haiti, Nigeriya, Türkiyə, Suriya, Yəmən, Pakistan və digər ölkələrdəndir.

Qeyd edək ki, iki ölkə arasında 2004-cü ildə imzalanan anlaşmaya görə, əgər qeyri-leqal mühacirlər  ABŞ-dan Kanadaya keçərlərsə, onda onlar geriyə qaytarılmalıdır. Çünki ABŞ mühacirlər üçün ən təhlükəsiz ölkədir. Lakin hazırda ABŞ-da qeyri-leqal mühacirlərə qarşı sərt tədbirlər həyata keçirildiyindən Kanada ölkəyə daxil olan miqrantlara münasibətdə deportasiyanı tam şəkildə həyata keçirməkdə tərəddüd edir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN