Kabildə terror qurbanlarının sayı 43 nəfərə çatıb

0
424

Kabildəki hökumət kompleksinə hücum nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Arazinfo.com-un verdiyi xəbərə görə, görə bu barədə “Sinxua” agentliyi Əfqanıstan Səhiyyə nazirliyinə istinadən məlumat yayıb. Son məlumatlara görə terror hücumu nəticəsində 43 nəfər dünyasını dəyişib, 20-yə yaxın adam yaralanıb.

Xatırladaq ki, bu gün bir qrup silahlışəxs Kabildəki hökumət kompleksinə hücum edərək Müharibə qurbanları və məhdud imkanlı şəxslər üzrə milli idarənin əməkdaşlarını girov götürüblər. Hələlik baş verən hadisəyə görə terrorçu qruplardan heç biri məsuliyyəti öz üzərinə götürməyib.