Kabil Hərbi Akademiyasına hücum edilib

0
609

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslərdən ibarət dəstə hərbi akademiyaya hücum edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hazırda  atışma davam edir, ərazidə partlayışların eşidildiyi bildirillir.

Rəsmi qurumlar ali hərbi təhsil müəssisəsinə terrror hücumunun törədildiyini təsdiqləyiblər.

Məlumata görə, terrorçular bu dəfə Marşal Fahim adına Milli Hərbi Universiteti hədəf seçiblər.

Hazırda təhsil müəssisəsinə aparan bütün yollar bağlanılıb.

BIR CAVAB BURAXIN