Kərim Abbasov qalmaqallı açıqlamaılar verdi – VİDEO

0
1839
“Atv maqazin onlarla” verilişinin “Hid-parad” rubrikasının qonağı bu dəfə müğənni Kərim Abbasov olub.
Arazinfo.com-un axşam.az-a istinadən məlumatına görə, sənətçi qalmaqallı açıqlamaları ilə yadda qalıb.
Kərim ilk olaraq Əhməd Mustafayevi onluqda ən axırıncı sıraya qoyub. Sənətçi doqquzuncu pilləyə bir müddət əvvəl onu tanımadığını deyən Nigar Camalı layiq görüb:
“Nigar məni tanımasa da, mən onu yaxşı, lap qədim vaxtlardan tanıyıram. O, KVN-də iştirak edirdi. Səhnədə ona da rollar verirdilər. Mən ciddi mahnıları ifa edən sənətçiləri sevirəm. “Lah-luh” mahnıları sevmirəm. Bircə “Kələbək” mahnsını tanıyıram, yüngül mahnıdır. Gözəl xanımdır və KVN-çidir. Səkkizinci Miri Yusif olsun. Mənim zövqümdə deyil. “Ad günü” mahnısı var… Deyir, “Ad günün, bəd günün”… Buna oynayırlar?”.
Kərim Tünzalə Ağayevanı yeddinci yerə qoyub və qeyri-səmimi adlandırır:
“Ondan həmişə soyuqluq görmüşəm. Ondan təbilik ala bilmirəm”.
Kərim küsülü olduğu Natavan Həbibini “kinli” adlandırıb və onu altıncı edib:
“Aygün Kazımova doğum gününə dəvət etmişdi. Natavan da dedi niyə getmisən? Mənim ağlım var, bilirəm kimə getmək, kimə getməmək lazımdır.
Zamiqlə mənim heç bir düşmənçiliyim yoxdur. Ona böyük hörmətim var. Baxmayaraq ki, bir-birimizə qarşı inciklik var. Zamiqin mahnı seçimini hərdən bəyənir, hərdən bəyənmirəm. Beşinci olsun”.
Abbasov Samir Cavadzadəni tərifləyib və dördüncü yerə qoyub:
“Samir ayağa qalxsa, şou-biznesdəki kişi ifaçılar gedib dincəlməlidir. Gözəl oxuyandır”.
Müğənni Niyam Salamini üçüncü yerə layiq görüb. O, eyni zamanda Rəhim Rəhimlinin ünvanına tənqid səsləndirib:
“Rəhim bizsiz, Niyamsız qala bilmir. Ağzına gələni danışır. Bilmədiyi yerə daş atıb. Heç kim bunu etməzdi, amma mən Niyamı üçüncü edirəm.
Brilliant Dadaşovanı ikinci edirəm. Böyük sənətkardır. 6/8 ritmli mahnıları kənara qoyub, belə ifalar təqdim etsin”.
Kərim həftənin birincisi Aygün Kazımovanın “Sus” mahnısını edib:
“Qadın oturur və bir mahnı ilə peçat vurur. Bu mahnı ilə Aygün Kazımova hamını susdurdu”.
Abbasov müğənni Elvin Abdullayevi “Hit parad”dan uzaqlaşdırıb.

BIR CAVAB BURAXIN