Kərim Natavan Həbibi ilə barışmaq istəyir-VİDEO

0
858

Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Natavan Həbibi ilə aralarında olan qalmaqala son qoymaq istəyir. Kərim bu barədə “APA TV”-nin “Show time” verilişində deyib. O, bildirib ki, Natavanla küsülü qalmaq niyyətində deyil: “Daha Natavan haqqında nəsə danışmaq istəmirəm. Onunla çörək kəsmişəm. Düz 12 illik dostluğumuz olub. Onsuz da onun indi problemləri var. Bir az da mən onun üstünə gəlsəm, yaxşı olmaz. Anası mənim qarşıma yemək qoyub. Ailəsini çox gözəl tanıyıram, böyük hörmətim var. İndi bizim aramızda inciklik olubsa, mən onun dərinliyinə gedə bilmərəm. Kəsdiyim çörəkdən utanıram. Biz erməni deyilik ki, vuraq, dağıdaq. Nə vaxtsa barışıq mütləq olacaq. Mən heç kəslə küsülü qalmaq istəmirəm. Niyə görə? Çünki həyatımızın çoxunu yaşamışıq, azı qalıb. Ən azından halallaşmaq deyilən bir şey var. Ona görə də heç kimlə qalmaqal yaşamaq istəmirəm. Mənim 37 yaşım var, bu gün 25 yaşım yoxdur ki, deyəm ki, ömrümün çoxu irəlidə olsun”.

Xatırladaq ki, Kərim Abbasov bu yaxınlarda verdiyi açıqlamada Natavan Həbibini qəlbi qara adlandırmışdı. Onun “Aygün Kazımovanın ad gününə getdim deyə, məndən küsdü” sözləri qalmaqalı daha da alovlandırmışdı.

 

 

BIR CAVAB BURAXIN