“Kəpəz”dən qələbə, “Neftçi” uduzdu

0
605

Topaz Premyer Liqasında VIII tura yekun vurulub. Turun ikinci oyun günündə iki qarşılaşma baş tutub ki, hər iki matç Bakıətrafı qəsəbələrdə oynanılıb.

 

Günün ilk oyununda AZAL “Kəpəz”i qəbul edib. Oyunun taleyini bir qol həll edib. Matçın sonuna 7 dəqiqə qalmış Julian Ebah komandasına qələbə qazandıran qola imza atıb. AZAL-ın növbəti məğlubiyyəti onu digər komandalardan bir az da ayırıb. “Kəpəz” isə qələbə sayəsində 4-cü pilləyə yüksəlib.

 

Turun son oyununda isə Zirədə “Neftçi” eyniadlı komandanın qonağı olub. Mövsümün iki uğursuzunun duelində 2 qol vurulub. Ötən il debüt mövsümündəcə gümüş medallara sahib olan Adil Şükürovun yetirmələri bu ilki uğursuz gedişəson qoymaq üçün bu matçdan qələbə ilə ayrılmağa məhkum idi.

 

İlk hissənin sonlarında Krneta penaltidən dəqiq istifadə edib. İkinci hissə isə “Neftçi” üçün fəlakət kimi başlayıb. Əvvəlcə 47-ci dəqiqədə Rahil Məmmədov qırmızı vərəqə ilə oyundan kənarlaşdırılıb, bundan 3 dəqiqə sonra isə “Zirə” ikinci qolu vurub. Matçın sonuna kimi başqa qol olmayıb və “Neftçi” növbəti dəfə məğlubiyyətlə barışmalı olub.

 

Topaz Premyer Liqası

VIII tur

 

16 oktyabr (bazar)

 

“Zirə” – “Neftçi” – 2:0

Qollar: Krneta, 43 (pen.), Adil Nağıyev, 50

Qırmızı vərəqə: Rahil Məmmədov, 46

 

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Şahin Cəfərov

Zirə İdman Kompleksinin stadion

I dövrədəki oyun – 1:0

 

“Zirə”: 1. Anar Nəzirov (k), 28. Təmkin Xəlilzadə, 23. Yovan Krneta, 44. Migel Lorenso, 5. Adil Nağıyev, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 6. Vüqar Mustafayev, 19. Nurlan Novruzov, 7. Gerhard Proqni, 20. Sezar Meza Kolli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 18. Tural Cəlilov, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov, 92. Cavid Tağıyev, 21. Murad Səttarlı

Baş məşqçi: Adil Şükürov

 

“Neftçi”: 1. Krşevan Santini, 3. Jayro Filyo Rodriges, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 9. Katalin Tira, 17. Rəhman Hacıyev, 23. Tərzin Cahangirov, 26. Kamal  Qurbanov, 30. Dario Melnyak, 80. Edson Kastilya, 99. Denilson Pereyra

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 13. Murad Ağayev, 20. Eltun Yaqublu, 90. Jonas Pesalli, 95. Elvin Bədəlov

Baş məşqçi: Elxan Abdullayev

 

 

AZAL  – “Kəpəz” – 0:1

Qol: Ebah, 83

 

Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Arif  Fərəcov

Hakim-inspektor: Şaiq Həmidov

“AZAL Arena”

I dövrədəki oyun – 0:0

 

AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 10. Nuqzar Kvirtiya, 77. Adan Koronado, 11.Ruslan Nəsirli, 21. David Canelidze
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Qvanzav Maqomedov, 95. Şirməmməd Məmmədov, 19. Elnur Süleymanov, 88. Mirzağa Hüseynpur, 15. Brayn Fok, 9. Röyal Nəcəfov
Baş məşqçi: Tərlan Əhmədov

 

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 77. Serjio Kosta, 10. Dario Federiko, 19. Orxan Əliyev, 90. Julien Ebah
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 23. Tural Nərimanov, 9. Tural Qürbətov, 16. Emin Zamanov, 21. Novruz Məmmədov, 3. Şəfi Bağırov, 80. Tural Rzayev
Baş məşqçi: Şahin Diniyev

 

 

1. Qəbələ

8

6

2

0

20-1

20

2. İnter

8

4

4

0

13-8

16

3. Qarabağ

8

5

1

2

18-5

16

4. Kəpəz

8

2

4

2

7-8

10

5. Zirə

8

3

1

4

7-9

10

6. Sumqayıt

8

2

2

4

6-12

8

7. Neftçi

8

2

0

6

6-18

6

8. AZAL

8

0

2

6

3-19

2

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7.

 

BIR CAVAB BURAXIN