Kənd təsərrüfatı məhsullarında qiymət artıb

0
600

Foto: arxiv

Foto: arxiv

2016-cı ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ötən ilə nisbətən 2,6 faiz bahalaşıb. Xəbəri Statistika Komitəsi yayıb.

Bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin 8,9 faiz ucuzlaması deyilsə də, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində3,4 faiz bahalaşma olduğu bildirlir.

2016-cı ilin noyabr ayı ilə müqayisədə dekabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,0 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 2,5 və 1,5 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından buğdanın, arpanın, kartofun, xiyarın, xurmanın, narın, naringinin, armudun, heyvanın istehsalçı qiymətində bahalaşma müşahidə edilib. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında isə heyvandarlıq məhsullarından südün, mal ətinin, qoyun ətinin, yumurtanın istehsalçı qiyməti bahalaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

BIR CAVAB BURAXIN