Jurnalistlər karnavala hazırlaşır – AZƏRBAYCANDA İLK

0
572

Azərbaycanda ilk dəfə olaraq jurnalistlər “İl Sonu Karnavalı” keçirəcəklər. Arazinfo.com-un  Lent.az-a istinadən məlumatına görə, karnaval ölkədə fəaliyyət göstərən jurnalistlərin yaratdığı “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubu (JK) tərəfindən təşkil olunur. Tədbir dekabrın 22-də Bakıda keçiriləcək və 200-ə qədər jurnalistin iştirakı nəzərdə tutulub. Karnavalda ölkədəki bütün aparıcı mətbuat orqanlarında çalışanların, müstəqil jurnalistlərin və qonaq qismində ictimai xadimlərin, deputatların iştirakı nəzərdə tutulub.

Beynəlxalq tədbirlərin təşkilatçılığına cəlb olunmuş peşəkar ssenaristlərin dəstəyi ilə hazırlanan karnaval məzmununa görə ölkədə ilk dəfə keçirilmiş olacaq. Məqsəd jurnalistlərin sərbəst və qeyri-adi formada il sonu bayramını təşkil etməkdir.

 

 

BIR CAVAB BURAXIN