Joze Mourinyo: “Poqbanın simasında komandamıza hava və su kimi lazım olan vacib oyunçunu tapmışıq”

0
231

Bu mövsümdən”Mançester Yunayted” komandasının baş məşqçisi funksiyasını həyata keçirən tanınmış portuqaliyalı futbol mütəxəssisi Joze Mourinyo Poqbanın transferinin zərurətdən doğduğunu söyləyib. Onun sözlərinə görə, komandasında yaxşı oyunçular çoxdur, lakin Poqba kimi meydanın hər yerində mübarizə apara biləcək, daim hərəkətdə olacaq oyunçu yoxdur. Joze Mourinyo: “Komandamızda 34-35 yaşlı Maykl Kerrik kimi oyunçu var. O, sabit oyun nümayiş etdirir, taktiki baxımdan təcrübəli, müdafiəçilər qarşısında təkbaşına yaxşı oyun göstərməyə qadirdir. Bundan əlavə sərəncamımda Şnayderlin, Errera, Mata, Runi kimi peşəkar futbolçular var. Amma bızdə Poqba kimi oyun qurucusu, həm yarımmüdafiədə, həm də hücumda gözəl oyun göstərə biləcək, hücumçuları topla təmin edə biləcək və lazım gələn anda liderliyi öz üzərinə götürərək qol vurmağı bacaran oyunçu yox idi. Poqbanın simasında komandamıza hava və su kimi lazım olan vacib oyunçunu tapmışıq”,- deyib

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × 4 =