İtalyan polisi 20 dəqiqə Azərbaycan azarkeşlərinin “başını qatdı”

0
266

Avropa Liqasının 2-ci turu çərçivəsində Florensiyada “Fiorentino” və “Qarabağ” (5:1) arasında keçirilən matç zamanı xoşagəlməz hadisə yaşanıb.

Belə ki, İtaliya polisi Azərbaycan azarkeşlərinin yerini dəyişdirməyə qərar verib və onları oturduqları sektordan çıxarmağa başlayıb.

“20 dəqiqə polis bizim “başımızı qatdı” və biz qapının arxasındakı tribunaya keçməyə məcbur edildik”. Virtualaz.org-un məlumatına görə, Milli dəstə fan-hərəkatının facebook səhifəsində belə yazılıb.

Bizim azarkeşlərimizi, öz dediklərinə görə, başqa sektora qəsdən yavaş aparıblar ki, onlar “Qarabağ”a lazımi dəstək verə bilməsinlər.

“Düzdür, “Qarabağ” biz ümid etdiyimiz oyunu göstərmədi, amma matçın sonuna kimi biz komandanı dəstəklədik”, – deyə Milli dəstənin Şamil adlı nümayəndəsi qeyd edib.

Xatırladaq ki, Milli dəstə bir fanat hərəkatdır, və səfər matçlarında Azərbaycan komandalarını dəstəkləyir. Onun üzvləri Avropada yaşayan azərbaycanlılardır.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

11 + 4 =