İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb

0
530

İtaliyada zəlzələnəticəsində ölənlərin sayı, son məlumata görə, 281 nəfərə çatıb.

 

Bu barədə RAİ telekanalı xəbər verib.

 

Məlumata görə, 221 nəfər Amatriçe, 49 nəfər Arkauta-del-Tronto, 11-i isə Akkumoli yaşayış məntəqələrində həyatlarını itiriblər.

 

Seysmoloqların xəbərinə görə, təbii fəlakət zonasında artıq 1000-dən çox yeraltı təkan qeydə alınıb. Avqustun 27-si ölkədə milli matəm günü elan olunub.

 

Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə  zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib.

BIR CAVAB BURAXIN