İstintaq materialları – Bağırovun Malenkov və Xruşşova məktubu

0
648

Tarixi mövzular, məxfi sənədlər hər zaman insanların diqqət və marağında olub. Admiral.Az saytı olaraq, yayınladığımız tarixi yazışmalar və sənədlərin oxucular tərəfindən maraqla qarşılandığını nəzərə alaraq, tədqiqatçı-alim Adıgözəl Məmmədovun “M.C. Bağırov – L.P.Beriya. İstintaq materialları” kitabından maraqlı məqamları seçib, oxuculara təqdim edirik. 

XXI HİSSƏ

Yazının əvvəlini bu linkdən oxuyun

 

РГАСПИ. F.17. Siy.171. İş.464. Səh.125-129

G.M.Malenkova və N.S.Xruşşova M.Bağırovun məktubu

17 iyul 1953-cü il.

Yoldaş Q.M.Malenkova

Yoldaş N.S.Xruşşova

Aşağıdakı xahişlə MK Rəyasət Heyətinə müraciət etməyi özümə borc bilirəm:

2 iyulda yoldaş Xruşşovun yanında Beriyanın həbsini biləndə, mən onun “Beriya zəng edib?” sualına “yox” cavabı verdim, ancaq 1 iyulda Beriya başqaları kimi mənə də zəng etmişdi.

Bu məsələdə dolaşandan sonra, MK Plenumunda və ondan sonra yersiz hərəkətlər etdim, çoxlu ciddi səhvlər buraxdım, bu da hamıda təəccüb, şübhə, güman doğurdu. MK Rəyasət Heyətinin dünən mənə verdiyi siyasi etimadsızlıq – bu şiddətli qiymət mənim hərəkətimlə izah olunur.

Bu, partiya üzvü üçün ən yüksək cəza ölçüsüdür. Görünür, mən ona layiqəm, çaşqınlıq göstərdim və döyüş meydanından fərari kimi çıxdım.

Ölkənin və partiya həyatının ən ağır məqamlarında, partiyanın çoxsaylı düşmənlərinə qarşı ən çətin mübarizələrdə həmişə ön sıralarda olmuşam. Bu hadisədə – ən iyrənc, çirkin və alçaq düşmən Beriyanın ifşasında kənarda qalmışam. Ona görə yoldaşların başa düşməməsi təbiidir, onlar fikirləşirdilər ki: “İş nədədir? Bağırova kim təzyiq edir? Beriya ilə dostluq, yaxud qarşılıqlı qorxu, qarşılıqlı borc?” Yox, yoldaşlar! Nə o, nə də bu. Mən Bağırova Beriya və digər düşmənlər tərəfindən heç kim təzyiq edə bilməz. Mənim əclaf Beriyadan başqa daha yaxın dostlarım və tanışlarım olub, onları mən gözümü qırpmadan şəxsən özüm ifşa və məhv edirdim. Ən qorxulu və təhlükəli düşmən Beriyanın ifşasında mən tərəddüd edə bilmərəm.

İş bunda deyil, məsələ ondadır ki, bir dəfə yalan danışdım, partiya yanında günahımı daha da ağırlaşdırdım, sonralar isə lap çox. Bu mənim partiya həyatımda və işimdə birinci hadisədir.

Yoldaşlar! Mənimlə nə olursa-olsun, mənə nə qədər sərt cəza versəniz, mən böyük Lenin-Stalin partiyasının sədaqətli əsgəri olaraq qalıram, qanımın hər damlası ona məxsusdur.

Bu dəfə mən möhkəm büdrədim, ancaq yıxılmadım və düzələ bilərəm, öz günahımı və partiyanın ən çətin tapşırığını yerinə yetirə bilərəm.

MK RH-dən xahiş edirəm ki, mənə kömək etsin və imkan versin dediklərimi yerinə yetirim.

M.Bağırov

news-detail

17 iyul 1953-cü il

İşarə

Beriyanın işinə. Əlavə edilib.

D.Suxanov. 17.VII.53-cü il

Əsl əlyazma        

Elə bu vaxt Zinaida Vas`ilyevna Yemelyanovadan Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə yoldaş G.M.Malenkova ərizə daxil olur.

РГАСПИ. F. 17. Siy. 171. İş. 482. Səh. 26-28, 33-34

Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə yoldaş G.M.Malenkova

Leninqrad şəhərində Dekabristlər kuçəsi, ev.51, mənzil 5-də yaşayan təqaüdçü-müəllimə, Kuybışev rayonu 217 nömrəli və Oktyabr rayonu 233 nomrəli məktəblərdə işləmiş Yemelyanova Zinaida Vasilyevna tərəfindən

Ərizə

Bu avantürist, – söz tapa bilmirəm ki, öz hiddətimi necə bildirim, – partiyamızın ürəyində yuva quraraq çalışırdı ki, yavaş-yavaş kapitalizmi bərpa etsin. Çox sevinirəm ki, vətənimizin düşməni partiyamız tərəfindən vaxtında ifşa olundu və  partiyanın Mərkəzi Komitəsi tərəfindən xalq düşməni Beriyanın cinayət avantürasının ləğvilə bağlı vaxtında qətiyyətlə qərarlar qəbul olundu.

Ərizəmdə demək istəyirəm ki, bəzi şəxslərin əclaf muzdlularla əlaqələri haqqında məlumatım var.

Leninqradda Qriboyedov kanalı, 164, mən.9-da yaşayan tanışım Şaxtarina Klavdiya Mixaylovna, Adler səfərimdən qabaq mənə dedi ki, onun bacısı, Türkiyə səfirinin yoldaşı olan Serafima Mixaylovna (familiyasını dəqiq bilmirəm, deyəsən, “K” hərfi ilə başlayırdı) səni təcili Moskvaya yanına çağırır. Mən bu il 10.07-də getdim, Şaxtarina isə 11. 07-də. Yola düşməmişdən qabaq o, mənə əlavə olaraq dedi: “Bilmirəm nə üçün bacım məni çağırır. Beriya onun ərini (Türkiyə səfirini) himayə edirdi; ola bilsin ona görə ki, bizim bacıqızı, – indi o, Serafima Mixaylovna ilə yaşayır, – uzun illər Beriyanın ailəsində onun qulluqçusu və aşbazı olub.  Şaxtarina deyirdi ki, – Beriya bacımın ərinin xətrini istəyir, – siz mənə Moskvaya telefonla zəng edin, mən sizə deyərəm…” və onda da telefon nömrəsini verdi.

Mən Adlerə gedirdim və Moskvada düşüb yoluma davam edəçəkdim. Ona görə fürsətdən istifadə edib 12.07-də bazar gunu Şaxtarinanın verdiyi Q-1-20-00 nömrəli telefona, əlavə 18-ə zəng etdim. Əgər belə demək mümkünsə, qulaqlarımı şəkləmişdim. Söhbət zamanı o, mənə məlumat verdi ki, Serafima Mixaylovnanın hökumət bağ evindən onun dalınca gəliblər və o, orada onlarla dincələcək. Mənim “hər şey yaxşıdırmı” sualıma cavab verdi ki: “Bəli, hələlik hər şey qaydasındadır”.

Əgər sayıqlığımı nəzərə almasaq, burada pis bir şey yoxdur. Ancaq susa bilmərəm, mən doğma hökumətimi xəbərdarlıq etməliyəm. Kim bilir bu səfir və onun bütün ailəsi kimdir, onlar Beriyanın ailəsı ilə niyə dost olublar?

Pis odur ki, mən Türkiyə səfirinin nə familiyasını və adını, nə də atasının adını bilmirəm, ancaq əlaqə telefon nömrəsilə öyrənmək olar ki, o kimdir.

Səliqəsizliyə görə üzr istəyirəm, bu ərizəmi mən məcbur olub göndərirəm. Bu, Moskvada müvəqqəti çətinliklərlə əlaqədardır.

Avqustın 20-də Adlerdən qayıdarkən yəqin ki, bu ailə barədə bütün təfsilatı ilə öyrənəcəyəm, ona görə ki K.M.Şaxtarinanın bacısı Serafima Mixaylovna ilə cənuba (Soçiyə) getmək fikri var, orada biz görüşəcəyik.

Z. Yemelyanova

15 iyul  1953-cü il.

P.S. Məktubu özüm şəxsən Kremlin buraxılış bürosuna verəcəyəm.

İşarə:

news-detail

y. Fedotov

Xahiş edirəm mənimlə danışın.

[möhür] yumru

30. VII

Surəti. Maşın çapı.

İstintaq protokolları

L.Beriyanın həbsxana şahidi Xijnyak, 1994-cü ildə “Veçernyaya Moskva” qəzetində öz müsahibəsində deyir:

“Generallar Moskalenko, Bakeyev, Batitski, polkovnik Zub, polkovnik əvəzi Yuferev və polkovnik Erastov L.P.Beriyanı dövrəyə aldılar, onu Nazirlər Soveti binasından çıxardılar, ZİS-110 avtomobilinə oturtdular. Onların dalınca avtomobil korteji gəlirdi, orada 50 nəfər silahlı əsgər var idi. 40 dəqiqədən sonra qarnizon qauptvaxtına çatdılar, sonra Beriyanı kamerada yerləşdirdilər. 27 iyulda ordu generalı Moskalenko məni yanına çağırdı və tapşırdı ki, Beriyaya baxım. Mən Beriyaya yemək hazırlayırdım. Yedirdirdim, çimizdirirdim. Başını qırxırdım, üzünü qırxırdım və növbəti generalla görüşünü təşkil edirdim. Beriyanın birinci görüşü 27 iyulda idi. Mən Beriyaya yemək aparırdım. Qabaqda general Bakeyev gedirdi. Onun dalınca polkovnik Zub, ondan sonra da mən. Kameraya daxil olduq. Beriya çarpayıda oturmuşdu, mən ilk dəfə idi ki, yaxından onun ətli üzünü və pensnesini görürdüm. O, girənləri ciddi və əsəbi baxışla süzdü və üzünü çevirdi. Biz ona dedik: “Yemək istəyirsiniz?”, o isə əsəbi halda soruşdu: “Kağız ilə qələm gətirmisiniz? (Həqiqətən də Beriya kağız-qələmi məhz Malenkova məktub yazmaq üçün istəyirdi-A.M.)” General dedi ki, gətirmişik. Mən boşqabı yeməklə onun stolunun üstünə qoydum. O, şorba ilə dolu boşqabı mənim üstümə tökdü. Bakeyev bu hərəkətinə görə ona kəskin xəbərdarlıq etdi. Sonra Beriyanı Moskva hərbi dairəsinə köçürtdülər – Ospenko, 29-da yerləşən qərargaha apardılar. 3-4 gündən sonra isə onu qərargahın bunkerində yerləşdirdilər”.

РГАСПИ. F.17. Siy.171. İş.464. Səh.132-144

L.P. Beriyanın istintaq protokolu

16 iyul 1953-cü il

Tam məxfi

Yoldaş G.M.Malenkova

Həbs olunmuş Beriya Lavrenti Pavloviçin 16 iyul 1953-cü il tarixli istintaq protokolunun surətini təqdim edirəm.

Əlavə: 12 vərəqədə

(möhür) R.Rudenko

17 iyul 1953-cü il.

№ 39/ t. məxfi

İşarələr:

Oxudu. V.Molotov.18.07.53

Oxudu N.Xruşşov

Oxudu K.Voroşilov

Oxudu L.Kaqanoviç

Oxudu A.Mikoyan

Oxudu M.Saburov 24.07.53

Oxudu M.Pervuxin 27.07.53

İstintaq protokolu

Admiral.az

BIR CAVAB BURAXIN