İstanbulda Sultan Səlim körpüsü açılır

0
690

İstanbulda Avropa və Asiya qitələrini birləşdirən üçüncü körpü – Yavuz Sultan Səlim körpüsünün açılış mərasimi keçirilir.

 

Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, açılış mərasiminə Türkiyə prezident Rəcəb Tayyip Ərdoğan, xanımı Əminə Ərdoğan,  baş nazir Binalı Yıldırım, silahlı qüvvələrin baş qərargah rəisi Hulusi Akar, Makedoniya prezidenti Corge İvanov və xanımı, Bəhreyn kralı  Hamad Bin İsa El halife də qatılıb.

Tikintisinə 2013-cü ilin mayın 29-da başlayan körpü 39 aya tikilib. Avtomobillər üçün gediş haqqı isə 9.9 TL (təxminən, 5 manat) məbləğində müəyyən olunub.

Körpünün qüllələri Avropa tərəfində 322 metr, Asiya tərəfində isə 318 metrdir. Körpüdə 122 ədəd dəmir kabellər istifadə edilib.

Körpüdə 8 magistral, 2 dəmiryolu olmaqla ümumilikdə 10 zolaq var.

Üçüncü körpüdən gündəlik 135 min avtomobilin istifadə edə biləcəyi deyilir.

 

59 metr genişliyi ilə dünyanın ən geniş, 320 metri keçən qülləsi ilə dünyanın ən yüksək qülləsinə sahib olan bu körpü ilk dəfə üzərində dəmiryolu relsi olan dünyanın  ən uzun asma körpüsü olacaq.

 

Qeyd edək ki, Asiya ilə Avropanı birləşdirəcək bu körpünün İstanbul tıxacını həlli edəcəyinə ümid edilir.

BIR CAVAB BURAXIN