İsrailli blogerin Azərbaycana təhvil verilməsi haqqında qərar çıxarılıb

0
574

Bloqqer, Alexander Lapshin

Belarusda saxlanan İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar çıxarılıb.

Bu haqda Turan bloqqerin açıqlamasına istinadən xəbər verir.

“Aleksandr tanışlarına bildirib ki, bir neçə gün əvvəl istintaq təcridxanasında güc qurumlarının nümayəndələri ona bildiriblər ki, ekstradisiyası haqqında qərar çıxarılıb. Bakıya çatdırıldıqdan sonra onun dərhal İsrail nümayəndəsinə təhvil verilərək bu ölkəyə göndəriləcəyi haqqında razılıq əldə olunub”, agentlik xəbər verir.

Amma Lapşinə bu razılaşmanı təsdiq edən hər-hansı kağız və ya sənəd verilməyib.

İsrail konsulluğundan isə bildiriblər ki, bununla bağlı heç bir razılaşma yoxdur.

Lapşin dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanılıb.

Bir müddət əvvəl İsrail Xarici İşlər Nazirliyi Lapşini Azərbaycana təhvil verməmək çağırışı ilə Belarus hakimiyyətinə müraciət edib.

Azərbaycan Baş Prokurorluğu Aleksandr Lapşini Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz olaraq səfər etməkdə, Dağlıq Qarabağın müstəqilliyini tanımağa açıq çağırışlar etməkdə və Azərbaycanı ermənilərin hüquqlarını pozmaqda ittiham etməkdə günahlandırır.

 

BIR CAVAB BURAXIN