İsrail Qüdsü ziyarətə gələn 90 türkü ölkəyə buraxmayıb

0
490

İsrail polisi Qüdsü ziyarətə gedən 90 türk vətəndaşının vizaları olmaması iddiası ilə ölkəyə girişinə icazə verməyib.

Azadinform Anadolu Agentliyinə istinadən xəbər verir ki, baş verənləri danışan həmin şəxslər İsrail Konsulluğundan toplu şəkildə viza aldıqlarını bildiriblər. Viza olmadan Türkiyədən ayrılmağın mümkün olmadığını deyən şikayətçilər İsrailin Qüdsə turist gətirən tur şirkətləri üçün hər bir sərnişinə ayrı-ayrılıqda viza vermədiyini qeyd ediblər.

Onu da deyiblər ki, İsrailə girişə icazə verilmədikdən sonra turistlərdən bir neçəsi sorğu-sual üçün aparılıb. Digərlərinin yanında isə nəzarətçilər dayanıb. Onlar “tək istəyimiz Qüdsü görmək idi, ancaq buna imkan verilmədi” deyiblər.

Qeyd edək ki, məsələ Türkiyənin İsraildəki səfirliyinin də diqqətindədir.

BIR CAVAB BURAXIN