İsrail ordusu dinc fələstinlilərə hücum etdi -73 yaralı

0
152

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinin sözlərinə əsasən, yanvarın 12-də iğtişaşlar zamanı 73 nəfər xəsarətlər alıb. Ümumilikdə 200-dən çox etirazçı isə gözyaşardıcı qazdan zəhərlənib.

Qeyd edək ki, ötən il dekabrın əvvəlində ABŞ Qüdsü İsrail paytaxtı kimi tanıyıb. Bundan sonra  Qəzza zolağında və İordan çayının qərb sahilində başlayan iğtişaşlar hələ də davam edir

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen + 15 =