İsrail Medevedev-ə bağışlanan hədiyyəyə gülür

0
621

 

BALACA HELİKOPTER ƏTRAFINDA BÖYÜK QALMAQAL

İsrailin kənd təsərrüfatı naziri Uri Ariel-in Rusiyanın baş naziri Dmitriy Medvedev-ə bağışladığı hədiyyə beynəlxalq qalmaqal yaradıb. Nazir vəzifəsini itirmək təhlükəsi ilə üzləşib. ABŞ helikopterin bağışlanmasına etiraz etdiyi halda, israillilər baş verənlərə gülürlər. Nəyə gülmələri haqda sonda…

Nazir bir qədər əvvəl İsrailə səfər etmiş Rusiyanın baş naziri Dmitriy Medvedev-ə “Snayper” adlanan yeni, pilotsuz idarə edilən helikopter bağışlayıb. Bu helikopterlərin Rusiyaya gətirilməsi qadağandır. Onun qiyməti 50 min avrodur.

“Currenttime TV” yazır ki, İsrail naziri Uri Arielin həddən artıq qonaqpərvər olması başına bəla açıb. Rusiyanın baş nazirinə pilotsuz helikopter bağışlamasından sonra onu dövlət əmlakını israf etməkdə günahlandırıblar. Üstəlik də onun Rusiyaya qarşı bu jesti İsrailin başlıca strateji tərəfdaşı ABŞ-la münasibətlərinə də təsir göstərə bilər.

Dmitry Medvedev

Dmitry Medvedev

BU QƏDƏR QALMAQALA SƏBƏB OLMUŞ HELİKOPTER HAQDA

Pilotsuz idarə olunan helikopter İspaniya istehsalıdır. Ondan mülki və hərbi məqsədlərlə istifadə etmək mümkündür. Dinc vaxtlarda o, bir çox sahələrdə, eləcə də kənd təsərrüfatında yararlıdır. Ancaq müharibə şəraitində helikopter kəşfiyyat məsələsində və hədəfə dəqiq atəş açmaq baxımından əvəzsizdir.

İş ondadır ki, bu cür avadanlıq alınarkən onun sonuncu istehlakçısı dəqiq göstərilməlidir. Bu halda sonuncu istifadəçisi Rusiyadır. Amma Rusiyaya qarşı ABŞ və Avropa Birliyinin sanksiyaları var, eyni zamanda, NATO texnikasının bu ölkəyə verilməsi qəti qadağandır.

Yəhudi bloqqerlər Rusiya baş naziri Dmitriy Medvedev və onun İsrail hökumətindəki dostlarına gülmək fürsətini qaçırmayıblar.

ABŞ BƏYANAT VERİR, NAZİR BƏRAƏT AXTARIR

Birləşmiş Ştatların Tel-Əvivdəki səfirliyi Medvedev-ə verilmiş hədiyyə ilə bağlı artıq kəskin narazılığını bildirən bəyanatla çıxış edib. Səfirlik eyni zamanda, İsrailin üç nazirliyindən – Müdafiə, Xarici İşlər və Kənd Təsərrüfatı nazirliklərindən, eləcə də hökumət başçısının milli təhlükəsizlik məsələləri üzrə müşavirindən açıqlama tələb edib.

Əlbəttə, Uri Ariel davranışına bəraət axtarmağa, addımını əsaslandırmağa cəhd edir. Onun sözlərinə görə, guya helikopterdən bütün gizli avadanlıqlar çıxarılıb, helikopterin qiyməti isə deyildiyindən bir qədər ucuzdur, yəni 50 min yox, 40 min avrodur.

Foto: arxiv

Foto: arxiv

İNDİ ƏN GÜLMƏLİSİ GƏLİR

Kənd təsərrüfatı naziri ehtiyatsız davranışına bəhanə axtramağında olsun. Amma bu işdə sözügedən helikopterin məxsus olduğu İsrailin elmi-tədqiqat Mərkəzinin əməkdaşları daha yaxşı sığortalanıblar. Onlar Rusiya baş nazirinə bu cür avadanlığın bağışlanmasının qəti əleyhinə çıxıblar. Ən maraqlısı da bundan sonra gəlir. Bəlkə təsadüfən, bəlkə də bilərəkdən Mərkəz əməkdaşları helikopterin pultunu ruslara verməyi yaddan çıxarıblar. Onsuz aparat əhəmiyyətsiz oyuncağa çevrilir.

Ruslar bunun fərqinə Moskvaya gələndən sonra vara biliblər. Rusiya İsrailə helikopterin pultunu verməsi üçün müraciət edib. Və bu xəbərin yayılmasından sonra internetdə gülüş fırtınası qopub.

Bir sözlə, Rusiya baş nazirinin İsrailə adi səfəri ciddi beynəlxalq qalmaqala çevrilib, onu yoluna qoymaqsa uzun vaxt alacaq.

Azadliq.org

BIR CAVAB BURAXIN