İsrail hərbçiləri 6 fələstinlini həbs edib

0
483

İsrail hərbçiləri bu gecə səhərə yaxın İordan çayının qərbində 6 fələstinlini həbs ediblər.

Arazinfo.com-un İsrail mətbuatına  istinadən verdiyi xəbərə görə, həbs edilənlər terrorçuluq fəaliyyətində şübhəli bilinirlər. Bununla əlaqədar İsrail Müdafiə nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir: “İsrail Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) ordu hissələrinin, polisin və sərhəd xidməti əməkdaşlarının köməyi ilə bu gecə səhərə kimi keçirilən əməliyyatlar zamanı İordan şayının qərbində terror törətməkdə günahlandırılan 6 fələstinlini həbs ediblər. Onlar ölkə vətəndaşlarına qarşı zorakılqlarda, əsgər və zabitlərə qarşı terror aktlrı həyata keçirməkdə şübhəli bilinirlər”.

 

 

 

BIR CAVAB BURAXIN