İslam Kərimovun qızı öldürüldü?

0
161

Sentyabrın ilk günlərində vəfat edən Özbəkistanın prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ruhi xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə “nur.kz” saytına etibarlı mənbələr məlumat verib.
Məlumata görə, Gülnarənin oğlu İslam Kərimov anası ilə əlaqə saxlaya bilmir.
2013-cü ildə İslam Kərimovun yerinə gələcəyi haqqında yayılan informasiyalardan sonra G.Kərimova atası tərəfindən Londonda ev dustağı edilib. Məlumata görə, onu hər həftə anası yoxlayıb.
 

Lakin bəzi mənbələr G. Kərimovanın Daşkənddə ev dustaqlığına olduğunu da deyirlər.

 

Digər versiyaya görə, o dəlixanaya düşüb.

 

Başqa versiyada isə G. Kərimovanın hakimiyyətin sifarişi ilə xarici xüsusi xidmət orqanları tərəfindən öldürüldüyü deyilir. Onun atasının dəfnində iştirak etməməsi öldürülməsi ehtimalını daha da gücləndirib. Həmçinin, oğlu İslam Kərimovun anası ilə əlaqə saxlaya bilməməsi də diqqət çəkir.
 

Qeyd edək ki, G. Kərimova vaxtilə İspaniyada səfir olub. Həmçinin, böyük biznes şəbəkəsinə rəhbərlik edib. O, “Googoosh” ləqəbi ilə mahnılar da ifadə edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

12 − 2 =