İslam aləmini ağır faciələrdən həmrəylik xilas edə bilər

0
599

Bu gün Azərbaycan xalqı öz tarixinin ən faciəli günlərindən biri olan 31 mart soqırım gününü kədər və hüznlə qeyd etdi. 99 il bundan əvvəl baş verən o qanlı günlərdə Bakı da daxil olmaqla Azərbaycan od tutub yanan bir tonqalı xatırladırdı. Bu tonqalı qalayanlar erməni-rus cəlladları, yandırılanlar isə heç bir günahı olmayan məsum körpələr, günahsız azərbaycanlılar idi. Həmin qanlı günlərdə daşnak Şaumyanın göstərişi ilə Bakıda 12-18 min, Qubada, Şamaxıda, Salyanda və digər yerlərdə isə 100 minə yaxın adam qətlə yetirildi, minlərlə kəndə yandırıldı və dağıdıldı. O dövrdə Şaumyanın türk müsəlman əhaliyə qarşı həyata keçirdiyi qırğınlardan məqsəd Azərbaycan ərazisində “dənizdən dənizə uzanan” erməni dövləti qurmaq idi. Daşnaklar, bolşevikləri dəstəkləmələrinin əvəzində onlardan Azərbaycan ərazisində Ermənistan dövlətinin qurulmasına yardım edilməsi barədə Lenindən yazılı razılıq almışdılar. Necə deyərlər, o vaxt Azərbaycan əraziləri daşnaklarla bolşeviklərin hərracına çıxarılmışdı. Bu mənfur niyyətin həyata keçirirlməsi üçünsə Azərbaycan türklərdən və digər müsəlman xalqlardan təmizlənməli idi. Daşnaklar bu niyyətlərini həyata keçirmənin bir addımlığında idilər. Amma nə yaxşı ki, həmin faciəli günlərdə Anadolu türkü Azərbycanın yardımına tələsdi. Əgər 1918-ci ilin yazında və yayında Ənvər və Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu qan qardaşlarının yardımına gəlməsəydi, onda həmin ilin sonuna kimi Azərbaycan türklərdən və burada yaşayan digər müsəlman xalqlardan tamamilə təmizlənəcək və yerində Ermənistan dövləti yaranacaqı… İstər 1918-ci ilin o faciəli günlərində, istərsə də günümüzdə başımıza gətirilənlər barədə düşünərkən ağlıma gələn ilk sual bu olur: “Doğrudanmı sayı bizdən on dəfələrlə az olan bir ovuc erməninin əlində bu qədər acizik. Əslində mənə erməninin əlində aciz qalmağımızın səbəbləri daha çox aydındır. Çünki istər Anadoluda, istərsə də Azərbaycanda on minlərlə insanı ermənilər Osmanlını parçalamaq istəyən Qərb dövlətərindən və Rusiyadan aldıqları dəstəyə arxalanaraq qətlə yetiriblər. Günümüzdə də eyni hadisələr təkrar olunmaqdqadır. İkinci dünya müharibəsindən sonra Fələstin ərazisində İsrail dövlətini yaradaraq Yaxın Şərqi qan gölünə döndərən Qərb dövlətləri və Rusiya indi də bölgəni nəzarətilərində saxlamaq üçün erməni kartından istifadə edirlər. Osmanlının çökməsindən sonra isə özünə gələ bilməyən islam aləmi Qərbin bu fitnə-fəsadlarının qarşısında birlik nümayiş etdirə bilmir. Nəticədə İraq, Suriya, Liviya Əfqanıstan və digər islam ölkələri Qərb tərəfindən müsəlman qırğınları meydanlarına çevriliblər. Bizim Qərbin dəstəklədiyi bir ovuc erməni ilə bacara bilməməyimizin bir səbəbini də məhz burada axtarmaq lazımdır. Bütün bunlarla yanaşı yenə də qeyd etməki sitəyirəm ki, biz tarixboyu ermənilərdən güclü olmuşuq. Hər halda ötən ilin aprel ayında cəbhədə Ermənistan ordusunun hücumunun qarşısını alaraq ona sarsıdıcı zərbələr endirməyimiz və işğal altnda olan 2000 hektar torpaqlarımızı geri almağımız da bunu sübut etməkdədir. O vaxt Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirərək işğal altında olan torpaqlarımızı tam şəkildə azad edəcəkdi. Ancaq yenə bölgədə marağı olan bəzi güclər, o cümlədən Rusiya buna imkan vermədi və nəticədə Azərbaycan hərbi əməliyyatları dayandırmalı oldu. Bu gün məhz münaqişənin həllində vasitəçilik misisyasını həyata keçirən ATƏT MQ həmsədrləri əslində problemin həllinə imkan vermirlər. Onlar sözdə status-kvonun qorunub saxlanılmasnın əleyhinə çıxaslar da, əməli fəaliyyətdə pərdə arxasından buna mane olmağa cəhd edirlər. Beynəlxalq aləmdə müxtəlif məsələlərə münasibətdə Rusiya ilə düşmən olan və ona qarşı sanksiyalar tətbiq edən Qərb dövlətlərinin, o cümlədən Fransa və ABŞ-ın Qarabağ münaqişənin həllinə münasibətdə Moskva ilə həmrəylik nümayiş etdirməsi də xristian təəssübkeşliyindən irəli gəlir. Necə deyərlər bir ovuc erməni tərəfindən başımıza gətirilən faciələrin də arxasında onların Rusiya və ABŞ başda olmaqla xristian dünyası tərəfindən dəstəklənməsinin dayandıği heç kimə sirr deyil. Bizi, o cümlədən islam aləmini isə daha ağır faciələrdən ancaq müsəlman dövlətləri arasındakı həmrəylik xilas edə bilər….

BIR CAVAB BURAXIN