İŞİD Suriyada 2 Türkiyə tankını vurdu, 3 hərbçi həlak oldu

0
607

Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatların 14-cü günündə İŞİD terror qruplaşması iki türk tankını vurub.

Türkiyə silahlı qüvvələrinin Baş qərargahı tankların vurulması nəticəsində 2 hərbçinin həlak olduğunu, 5-nin yaralandığını açıqlamışdı. Son məlumata görə yaralı hərbçilərdən biri xəstəxanada keçinib. Nəticədə həlak olanların sayı 3-ə çatıb. Bu, Türkiyə ordusunun Suriyada itirdiyi sayca 4-cü əsgərdir. Vurulan tankların sayı isə 4-dür. Baş qərargah bildirir ki, bu günkü döyüşlərdə daha iki kənd Azad Suriya Ordusunun nəzarətinə keçib.

BIR CAVAB BURAXIN