İŞİD-in əlindən qaçıb gələn çeçen uşaqlar dəhşətdən danışırlar

0
193

ABŞ-ın The New York Times qəzetinin əməkdaşı Endryu Kramer İŞİD-in əlindən qoparılıb yenidən Çeçensitana, doğmalarına geri qaytarılan körpə uşaqlar barədə yazıb.

Yüzlərlə az yaşlı uşaq ABŞ-ın rəhbərliyi altındakı koalisiya və ya Suriya hökumət qoşunları tərəfindən İŞİD-dən azad edilən şəhərlərin dağıntıların altından çıxarılaraq Rusiyaya təhvil verilib. Rusiya hakimiyyəti isə onları yenidən yaxın qohumlarına verib.

“Rusiya avqustdan bu yana 71 uşaq və 26 qadını öz yurduna geri qaytarıb. Rusların bu insanlara yumşaq siyasətini başa düşmək olar. Hər halda onların İŞİD düşərgələrində böyüyüb tamamilə radikallaşmış halda ölkəyə gəlmələrindən yaxşıdır”, – müəllif yazır.

Analitiklərin hesablamalarına görə, İraq və Suriyadakı düşərgələrində və uşaq evlərində xarici terrorçulara mənsub 5 min qadın və körpə saxlanılır. Uşaqlardan bir çoxu heç bir ölçüyəgəlməz təcavüz və zorakılıqların şahidi olblar. Böyük bir qismi hətta bu səhnələrin iştirakçısına çevriliblər. Almaniyanın Daxili Təhlükəsizlik İdarəsinin rəhbəri Hans Georq Maasennin “Reuters”ə bildirdiyinə görə, bu azyaşlılaırn beyinləri yuyulub: “Biz həmin uşaqların gec partlayan canlı bombalara dönmə təhlükəsini hər zaman hiss etməliyik”.

“Lakin bu sözləri sarı saçlı və incə barmaqlı 4 yaşlı Bilal haqqında söyləmək çətindir. Bilal keçən yay İŞİD-in nəzarət etdiyi ərazilərdən Rusiyaya qaytarılan ilk uşaqdır.

BİLAL.JPG (39 KB)

Bilalın nənəsi Roza Murtuzayevanın dediyinə görə, uşaq İraqda baş verənlər barədə danışmır və atası Həsənə bağlılğını qoruyur. “ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Mosula girdikdə ata və uşaq zizəmilərdə yaşayıb. Bilal yeganə qidası olan qaynadılımış kartofdan başqa bir şey xatırlamır. Onlar ələ keçirildikdən sonra atası İraq həbsxanalarında yoxa çıxıb. Bilalı isə dağıntıların altından çıxarıblar və ruslara təhvil veriblər. İndi o, uşaq bağçasına gedir və olduqca şən və ünsiyyətcildir.

Kramerin yazdığına görə, heç də bütün uşaqlar Bilal kimi özlərinə tez bir zamanda gəlməyiblər. Onların bir çoxu hələ də ətraflarına kinlə baxır və susurlar.

“8 yaşlı Xədicəni Mosul küçələrinin uçulmuş binalarının altından tapıblar. Nənəsi onu yardım qrupunun internetdə yaydığı şəkillər içində tanıyıb.

XADİCA 2.JPG (39 KB)

 

Xədicə su xəndəyinin içində, əlləri yanmış və çənəsi bağlanmış halda aşkar edilib. Qız anası, habelə iki qardaşı və bacısının başına nə gəldiyini dəqiq demir. Xatırladığı bir şey var. Onların hamısını güllələdilər. Xədicə isə əllərini qaldırıb və ərəbcə “atəş etməyin” deyə yalvarıb. Bununla o sağ qala bilib.
İndi Xədicə günlərlə divanda uzanıb, geniş ekranda cizgi filmləri sönük gözlərlə seyr edir”, – yazıda qeyd olunur.

XADİCA 1.JPG (88 KB)

9 yaşlı Adlanın sözlərinə görə isə, Mosul İŞİD-in əlində olanda o, məktəbə gedirmiş və digər rusdilli uşaqlarla birlikdə oynayırmış. Mosul döyüşlərində onların evinə bomba düşüb. “Adlandan başqa ailəsinin bütün üzvləri, anası, qardaşı və bacıları həlak olub”, – Adlanın babası Əli nəql edir.

ADLAN.JPG (91 KB)

“Uşaq bağçasının psixoloqu karandaşla rəsm çəkməyi xahiş etdikdə Adlan ev və çiçəkləri təsvir edir. Bu isə yaxşı əlamətdir”, – Kramer yazır.

6 yaşlı Həmzət və qardaşları Çeçenistanın Daçu Boza kəndinə nənəsinə geri verilib. “İlkin dövrlərdə uşaqlar ancaq hərbi oyunları oynayırdılar. Sonradan davranışları yumşaldı”, – nənə Belant Zulqayeva müəllifə bildirib.

“Həmzətin ailəsi İraqın Telafər şəhərində yaşayıb. Atası ABŞ və İraq ordusu ilə döyüşdə öldürülüb. Bomba onların qonşularının evlərini yerlə bir etdikdən sonra ana Fatimə 3 oğlan uşağı və kiçik qızla birlikdə şəhəri tərk edib. Lakin İraq hakimiyyəti nəzarət məntəqəsində ananı uşaqlardan ayırıb həbs edib, körpələri isə Rusiya hakimiyyətinə təhvil verib. “Onların yaşamasının özü bir möcüzədir”, – nənə Zulqayeva “The New York Times”a göz yaşı ilə deyib.

Musavat.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen − thirteen =