İŞİD-i dəstəkləyən ABŞ-lı serjanta 25 il iş verilib

0
469

ABŞ ordusunun serjantı Erik Kenq İslam dövlətinə yardım göstərmək cəhdinə görə Havaya ştatı məhkəməsi tərəfindən 25 il həbs cəzasına məhkum edilib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, serjanta  belə ağır cəza verilməsinə səbəb onun İŞİD “emissarları” ilə əlaqə saxlayaraq aldığı tapşırıqlar əsasında insanlar yaşayan  yerə hücum etmək niyyətində olması olub.

Əslində 2016-cı ildə serjantın İŞİD təbliğatı altına düşməsini hiss edən ABŞ hərbi kəşfiyyatı onu oyuna çəkib. İŞİD adından serjantla əlaqəyə girən hərbi kəşfiyyat əməkdaşları ondan bəzi gizli sənədləri alıblar. Sonra isə onu İŞİD-ə sədaqət andı oyununa cəlb edərək həbs ediblər. İndi sadəlövh serjant Erik Kenq heç nədən ömrünün 25 ilini həbsxana divarları arxasında keçirməli olacaq.