“İsgəndər”lər və “Smerç”lər İrəvan küçələrində

0
571

Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətilə bu gün İrəvanda keçirilən (bu dəqiqələrdə davam edir) hərbi paradda gözlənildiyi kimi Rusiyadan alınan “İsgəndər-M” operativ-taktiki raketləri və “Smerç” reaktiv yaylım atəşi sistemləri nümayiş etdirilib.

Hərbi paradda “Skad” ballisik raket diviziyonunun ardınca bir diviziyon (4 kompleks) “İsgəndər-M” raket kompleksi keçib. Paradın aparıcısı bu raketlərin meydana daxil olmasını xüsusi təntənə ilə elan edib.

“İsgəndər”lərdən əvvəl isə Rusiyanın Ermənistana 200 milyon dollar güzəştli kredit hesabına verdiyi yeni silahlardan “Smerç” reaktiv yaylım atəşi sistemləri paradda nümayiş etdirilib. İrəvan küçələrindən bir divizyon “Smerç” keçib.

Paradda habelə “Buk-M” zenit-raket kompleksləri, “Avtobaza” radioelektron mübarizə sistemi, S-300 zenit-raket kompleksləri nümayiş etdirilib.

Virtualaz.org

BIR CAVAB BURAXIN