İraqda Rusiyanın 19 vətəndaşı azadlıqdan ömürlük məhrum edilib

0
207

İraq Məhkəməsi Rusiyanın 19 vətəndaşı barəsində azadlıqdan ömürlük məhrumetmə cəzası çıxarıb.

“Report”un məlumatına görə, bu barədə “Al Sumaria” telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, onların hamısı İŞİD terror qruplaşmasına üzv olmaqda ittiham ediliblər. Telekanal digər təfərrüatları açıqlamayıb.

Daha əvvəl İraqın Cinayət Məhkəməsi 2-i Rusiya vətəndaşı olmaqla, 7 əcnəbini azadlıqdan məhrum edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda İraq həbsxanalarında 50-dən 70-ə qədər Rusiya vətəndaşı olan qadınlar var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 − 1 =