İranla münaqişədə NATO İsraili dəstəkləməyəcək:Böyük yalan

0
590

İranla hərbi münaqişədə NATO İsrailə dəstək verməyəcək.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Der Spiegel” nəşrinə müsahibəsində bildirib.

 

“NATO İsrailə təhlükəsizlik zəmanəti verə bilmir, çünki bu ölkə təşkilatın üzvü deyil. Baxmayaraq ki, İsrail Alyansın tərəfdaşıdır”, – deyə baş katib bildirib.

 

Yens Stoltenberq həmçinin NATO-nun Yaxın Şərq münaqişəsinin nizamlanması prosesində iştirak etmədiyini qeyd edib: “Bu bizim işimiz deyil”.

 

Baş katib, NATO-ya üzv olan ölkələr arasında İranla bağlanmış nüvə sazişinə dair fikir ayrılıqlarının olduğunu etiraf edib: “Təşkilatın bütün üzvləri regionda gərginliyə səbəb olan İranın raket proqramından və Tehranın terrorçu qruplaşmalara dəstək verməsindən narahatdır”.    APA

BIR CAVAB BURAXIN