İranın “Qüds” briqadasının komandanın Moskvaya məxfi səfəri

0
589
 

İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandanı, general Qasım Süleymani ötən gün fevralın 14-də Moskvaya məxfi səfərə gedib.

Bu barədə təqribən 1 saat əvvəl ABŞ-ın Fox News telekanalı yayıb. Məlumata görə Qasım Süleymani İranın “Mahan Air” hava yolları şirkətinə aid olan WD084 reysi ilə uçan təyyarə ilə yerli vaxtla 12.13-də Moskvanın Vnukovo aerportuna enib. Bu barədə telekanala ABŞ kəşfiyyatındakı yüksək rütbəli mənbələr bildiriblər.

Məlumata görə general Qasım Süleymani hələ Moskvadadır və hələ bir neçə gün Rusiya səlahiyyətli şəxsləri ilə danışıqlar aparacaq. Mənbələr deyiblər ki, Süleymani Rusiyanın Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə münasibətlərindən, əsasən silah sövdələşmələrindən və iqtisadi sövdələşmələrdən narazılıq ifadə etmək üçün Moskvaya gedib.

Mərkəzi Kəşfiyyat İdarəsi İran generalının Moskvaya səfəri barədə şərh verməyib. Dövlət Departamentinin rəsmisi isə bildirib ki, səfər barədə məlumatlı deyillər. General Qasım Süleymani ABŞ tərəfindən “terrorçular” siyahısına salınıb və BMT Təhlükəsizlik Şurasının sanksiya tətbiq etdiyi İran nümayəndələri sırasındadır. O, İranın Suriyada Bəşər Əsədin rejimini qorumağa yönəlmiş hərbi əməliyyatlarına komandanlıq edir. Qasım Süleymaninin 2015-ci ilin aprel və iyun aylarında da Moskvaya məxfi səfər etdiyi məlumdur. Həmin səfərlər İranla Qərb arasında Vyanada nüvə razılaşmasının əldə olunmasından sonra baş tutmuşdu.

İran hazırda Yaxın Şərqdə Rusiyanın əsas müttəfiqidir. “Qüds” briqadası İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlar üçün hazırlanmış elit hərbi birləşməsidir və birbaşa dini lider Ali Xamneyiyə tabedir.

Qasım Süleymaninin Moskvaya indiki səfəri ABŞ və Rusiya ordu komandanlarının (Baş qərargah rəisləri) sabah Bakıda baş tutacaq danışıqları ilə bir vaxta təadüf edir. Ehtimal edilir ki, həmin danışıqlarda Suriyada İŞİD-ə qarşı ABŞ-la Rusiya arasında tərəfdaşlıq planı da müzakirə olunacaq.

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN